Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Məşəl” elmi-publisistik jurnalının elmi və mədəniyyət şöbəsinin müdiri Ramiz Lerikli yeni işıq üzü görmüş “63-cü PAYIZ” adlı kitabını Lənkəran Mərkəzi Kitabxanasına hədiyyə edib.

Qonağı səmimi qarşılayan Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Arzuyə Rufullayeva müəllifi yeni kitabının nəşri münasibətilə təbrik edib, ona gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb.

Arzuyə Rufullayeva bildirib ki, kitabxanaya daxil olan bütün nəşrlər kitabxana fonduna qəbul edilərək müvafiq qaydada işlənilir və oxucuların istifadəsinə təqdim olunur.

Görüş zamanı şair Ramiz Lerikli Lənkəran Mərkəzi Kitabxanasının fəaliyyətini yüksək qiymətləndirib, həyata keçirilən mədəni-maarif tədbirlərini təqdir etdiyini bildirib. Daha sonra o, müəllifi olduğu “63-cü PAYIZ” kitabını kitabxananın fonduna hədiyyə edib.

Səmimi şəraitdə keçən görüşün sonunda xatirə şəkli çəkdirilib.

By admin