14 iyul 2026-cı il tarixində Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsi və Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Lənkəran rayon qərargahında “Heydər Əliyev irsi ədəbi düşüncələrdə” mövzusunda tədbir keçirilib.

Tədbirdə Lənkəranda yaşayan yazıçı və şairlər, eləcə də YAP Lənkəran rayon təşkilatının əməkdaşları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə YAP Lənkəran rayon təşkilatının sədri, tibb elmləri namizədi, dosent İqbal Əmənullayev açaraq bildirib ki, tədbirin keçirildiyi gün Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, məhz 14 iyul 1969-cu ildə Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə gəlib və bununla da ölkənin inkişafında yeni mərhələnin əsası qoyulub. İqbal Əmənullayev yazıçı və şairlərin rayonun ictimai-siyasi həyatında fəal iştirakının vacibliyini də xüsusi vurğulayıb.

Tədbir AYB Lənkəran Bölməsinin sədri, yazıçı-dramaturq Qafar Cəfərlinin moderatorluğu ilə davam edib. Qafar Cəfərli çıxışında tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev yalnız Azərbaycanın müstəqilliyinin qorunmasının təminatçısı deyil, həm də milli ədəbiyyatın inkişafı, qorunması və dünyaya tanıdılması istiqamətində mühüm xidmətlər göstərib.

Tədbirdə Lənkəran Dövlət Universitetinin professoru, Əməkdar müəllim Yədulla Ağazadə, eləcə də yazıçı və şairlər Səyavuş Süleymanlı, Xudaverdi Cavad, Xatirə Xatun, Leyla Məcidova, Ofelya Nəzərova, Hafiz Mirzə, Ziyafət Yəhya, Əhməd Haqsevər, Bəxtiyar Əliyar və Bəxtiyar Hüseynov mövzu ətrafında çıxış edərək Heydər Əliyevin dövlət quruculuğu, milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan ədəbiyyatının inkişafı sahəsindəki tarixi xidmətlərindən bəhs edib, fikir və düşüncələrini bölüşüblər.

Sonda Qafar Cəfərli və İqbal Əmənullayev çıxış edərək bu formatda tədbirlərin gələcəkdə də davam etdiriləcəyinə ümid etdiklərini bildiriblər.

Çay süfrəsi ətrafında səmimi şəraitdə davam edən tədbir xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

By admin