Fariz İsmayılzadə Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fariz İsmayılzadə təmsil etdiyi 77 saylı Lənkəran şəhər seçki dairəsi üzrə növbəti vətəndaş qəbulunu keçirib.

15 iyun 2026-cı il tarixində baş tutan qəbul zamanı seçicilər sosial təminat, məşğulluq, infrastrukturun yaxşılaşdırılması, kommunal xidmətlərlə bağlı problemlər, eləcə də digər fərdi məsələlərlə əlaqədar müraciətlərini deputatın diqqətinə çatdırıblar. Qəbulda səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, qeydə alınıb və onların həlli istiqamətində müvafiq addımların atılması üçün araşdırmalara başlanılıb.

 

Görüş zamanı vətəndaşların qaldırdıqları məsələlərin operativ şəkildə araşdırılması, aidiyyəti dövlət qurumlarına yönləndirilməsi və icrasının nəzarətdə saxlanılması məqsədilə müvafiq tapşırıqlar verilib.

 

Deputat Fariz İsmayılzadə vətəndaşlarla birbaşa təmasın və onların problemlərinin yerində öyrənilməsinin vacibliyini vurğulayaraq, seçicilərin müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirib.

 

Qəbul vətəndaşlarla dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, mövcud problemlərin həlli istiqamətində səmərəli dialoqun qurulması və əhalinin rifahının yüksəldilməsinə xidmət edən mühüm görüşlərdən biri kimi qiymətləndirilib.

Allahverən Pərvizoğlu ✍️

İctimai fəal, III-dəfə respublika mahnı müsabiqəsi laureatı 🎙️