Gənc şair-publisist Sevindik Nəsiboğlu şəhidlərimizin əziz xatirəsinə həsr etdiyi “Dirçələn Xarıbülbül” adlı kitabının nüsxələrini ölkənin aparıcı kitabxana və mədəniyyət müəssisələrinə təqdim edib.
Xəbər24.online xəbər verir ki,
Müəllif kitabı Azərbaycan Milli Kitabxanası, Prezident Kitabxanası, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası və Bakı Kitab Mərkəzinə təqdim etdiyini bildirib.
Sevindik Nəsiboğlunun sözlərinə görə, yaxın vaxtlarda kitabın PDF versiyası da hazırlanaraq onlayn oxu üçün oxucuların istifadəsinə veriləcək.
Qeyd edək ki, “Dirçələn Xarıbülbül” kitabında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolundan bəhs olunur və onların əziz xatirəsi ehtiramla yad edilir.

