42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Sumqayıt şəhərində vətəndaşlarla növbəti qəbul keçirib.
Qəbul zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətraflı müzakirə olunub. Müraciətlər əsasən məşğulluq, əmək təqaüdləri, ailə-məişət və digər sosial məsələləri əhatə edib.
Görüş zamanı qaldırılan bəzi məsələlər yerindəcə öz həllini tapıb. Əlavə araşdırma və hüquqi prosedur tələb edən müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun olaraq müvafiq dövlət qurumlarına rəsmi sorğular göndərilib.
Deputat bildirib ki, vətəndaşların rifahının yüksəldilməsi və sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə seçicilərlə mütəmadi görüşlərin keçirilməsi və müraciətlərin operativ həlli istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.

