Versus.az saytının əməkdaşı, tanınmış jurnalist Arzu xanım Zeynallının bacısı Vüsalə xanım Zeynalovanın vaxtsız vəfatı xəbəri bizi olduqca sarsıtdı və dərindən kədərləndirdi.
Vüsalə xanımın vaxtsız vəfatı ilə əlaqədar Arzu xanım Zeynallıya, ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, uca Allahdan onlara səbir diləyirik.
İnsan həyatda öz əməlləri, xatirələri və xoş münasibəti ilə yadda qalır. İnanırıq ki, Vüsalə xanım da onu tanıyanların qəlbində daim xoş xatirələrlə yaşayacaqdır.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Amin.
Hörmətlə:
Gənc şair-publisist, 8 kitab müəllifi, AYB və AJB üzvü
Sevindik Nəsiboğlu

İctimai fəal, III dəfə respublika mahnı müsabiqəsi laureatı, gənc xanəndə
Allahverən Pərvizoğlu

