Lənkəran rayonundan 35 km məsafədə yerləşən ucqar kənddə “Əhali arasında tibbi müayinə” tədbiri çərçivəsində geniş tibbi aksiya təşkil olunub.
Aksiya zamanı 150-yə yaxın kənd sakininə yerində tibbi xidmət göstərilib. Vətəndaşlar müxtəlif istiqamətlər üzrə müayinələrdən keçirilib, o cümlədən USM, EKQ, oftalmoloji və stomatoloji yoxlamalar aparılıb.
Müayinələrin nəticələrinə əsasən pasiyentlərə müvafiq tibbi təyinatlar verilib, həkimlər tərəfindən zəruri tövsiyələr təqdim olunub.
Tədbirin əsas məqsədi ucqar ərazilərdə yaşayan əhalinin tibbi xidmətlərə əlçatanlığını artırmaq, xəstəliklərin erkən diaqnostikasını təmin etmək və sakinlərin sağlamlıq vəziyyətini qiymətləndirməkdir.
